Bayram günləri üçün Bakıdakı hotellərdə yerlərin hamısı bron edilib

01
sen
2017
08:59
Qurban bayramı günləri üçün Bakıdakı hotellərdə demək olar ki, yerlərin hamısı bron edilib.BAKU.WS xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.Müsəlman ölkələrində Qurban bayramının fərqli müddət ərzində - 3, 7, 10 gün keçirildiyini deyən M.Ağakərimovun sözlərinə görə, bayramda Azərbaycana daha çox ərəb ölkələrindən və İrandan turistin gələcəyi gözlənilir. Eləcə də Qazaxıstan və Özbəkistandan da turistlərin gələcəyi proqnozlaşdırılır.M.Ağakərimov daha çox 3-4 ulduzlu hotellərin bron edildiyini söyləyib.AzTA rəsmisi əlavə edib ki, yerli turizm şirkətləri Qurban bayramı günlərində fəaliyyət göstərəcəklər.Turizm şirkətlərinin bölgələrə, xüsusilə Qəbələ, Şəki, Quba və Qusara turlar təşkil etməyə hazır olduğunu söyləyən M.Ağakərimov qeyd edib ki, turist axınının artması ölkədə ekskursiya bələdçilərinə, xüsusilə ərəb dilini bilən bələdçilərə ehtiyac yaradıb.Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar sentyabrın 1-4-də Azərbaycanda qeyri-iş günü olacaq.BAKU.WS
Oxşar xəbərlər
Nazir hotellərin xaricilərə ucuz, yerli turizm şirkətlərinə isə baha satılmasına münasibət bildirib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə hotellərinin xarici turizm şirkətlərinə otaq yerlərini daha ucuz, yerli turizm şirkətlərinə isə daha baha qiymə...
