Azərbaycanlı müğənninin evində dünya çempionu yetişir (FOTOLAR)
Müğənni Vüsalə Rəcovanın 10 yaşlı oğlu Ülvi azyaşlılar arasıda keçiriləcək karate üzrə düya çempionatına hazırlaşır.
BAKU.WS xəbər verir ki, artıq bir çox daxili çempionatların birincisi olan Ülvinin iddiası ölkədən kənarda keçirilən yarışlarda qalib olmaqdır. Azərbaycanın bayrağını yüksəklərə qaldırmağı arzu edən 10 yaşlı Ülvi qalibiyyətinə inanır. V.Rəcova oğlu haqqında bunları bildirib:
"Ülvi çempion qohumlarımıza baxıb bu peşəyə həvəsləndi. Onlarda Ülviyə dəstək oldular. Əgər bu peşədə sona qədər olmaq istəsə, hər zaman arxasında dayanacam. Vaxt məhdudiyyətim olmağına baxmayaraq, Ülviyə yetəri qədər dəstək oluram”.
Vüsalə xanım oğlununu müğənniliyə həvəsinin olmadığını bildirdi. Mahnılarımı sevir, canlı ifamı maraqla dinləyir. Amma onda müğənniliyə qarşı hər hansı qığılcımı görmürəm. Hansı peşəyə marağı olsa, dəstəyimi əsirgəməyəcəm”.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Uçqunda ölən əsgərin meyiti qarın altından çıxarıldı
Xəbər verdiyimiz kimi, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər...