Azərbaycanlı modelin keçmiş əri TIR sürücüsü işləməsindən danışdı – FOTO

Azərbaycanlı modelin keçmiş əri TIR sürücüsü işləməsindən danışdı – FOTO
Şou-biznes 4564

Türkiyənin tanınmış aktyoru Tolqa Karel iflas etməsindən və Amerikada sürücü kimi işləməsi barədə açıqlama verib.

BAKU.WS “hurriyet”ə istinadən xəbər verir ki, məşhur aktyor Amerikada TIR sürücüsü işlədiyinə görə tənqid olunduğunu bildirib.

“Sosial şəbəkələrdə mənə lağ edirlər. “Sən TIR sürücüsü oldu?”, - deyə tənə vururlar. Bəli, mən sürücü işləyirəm. Alın tərimlə çörəyimi qazanıram və ailəmi dolandırıram. Onsuz da Amerikaya aktyor olmağa deyil, yeni həyat qurmağa gəlmişəm. Burada aktyor olmayacaqdım ki?”, - deyə Tolqa Karel bildirib.

“Yaprak dökümü” serialının Oğuzu TIR sürücüsü olmaq üçün çox çalışdığını, uzun müddət kurs keçdiyini bildirib.

“Buralarda bu işə önəmli bir karyera kimi baxırlar. Burada TIR sürücüsü olmaq üçün 14 ayrı yoxlamadan keçmək lazımdır. Bu çox çətin peşədir”.

Tolqa Karel sürücülükdən yaxşı pul qazandığını da gizlətməyib:

“Bəzən aylarla evdən ayrı qalırsan. Milyonluq mal daşıyırsan. Təhlükəli və əziyyətli iş olduğu üçün qazanc da çox yaxşı olur”.

Hazırda TIR sürücüsü işləyən aktyor ayda 8 min dollar maaş alır.

Qeyd edək ki, Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə boşandıqdan sonra Sara Skott adlı qadınla evlənərək ABŞ-a köçüb.

Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Tolqa Karel TIR sürücüsü işləyir – FOTO

Tolqa Karel TIR sürücüsü işləyir – FOTO

Türkiyənin tanınmış aktyoru Tolqa Karel iflas etdiyi üçün sürücü işləyir.BAKU.WS “hurriyet”ə istinadən xəbər verir ki, məşhur aktyor iki il əvvəl Amerikaya köçə...

1852 Şou-biznes 16:09 04 dekabr 2018

Son xəbərlər