Tolqa Karel TIR sürücüsü işləyir – FOTO
Türkiyənin tanınmış aktyoru Tolqa Karel iflas etdiyi üçün sürücü işləyir.
BAKU.WS “hurriyet”ə istinadən xəbər verir ki, məşhur aktyor iki il əvvəl Amerikaya köçəndən sonra bəxti gətirməyib.
“Yaprak dökümü” serialı ilə məşhurlaşan Tolqa Karel ABŞ-a köçərək turizmlə bağlı şirkət qurub. Lakin bir müddətdən sonra işləri yolunda getmədiyi üçün iflas edib.
Yaşadığı evin ərazisində qurduğu şirkəti bağlamaq məcburiyyətində qalıb. O, amerikalı həyat yoldaşının anasının evinə köçməyə məcbur olub.
Bir müddət işsiz qalan Tolqa Karel sürücü işləməyə məcbur olub. Bu səbəbdən də TIR sürücülük kursuna yazılıb.
Hazırda TIR sürücüsü işləyən aktyor ayda 8 min dollar maaş alır.
Qeyd edək ki, Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə boşandıqdan sonra Sara Skott adlı qadınla evlənərək ABŞ-a köçüb.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Günayın keçmiş əri ata oldu - FOTO
Azərbaycanlı model Günay Musayevadan boşandıqdan sonra yenidən ailə quran aktyor Tolqa Karel ikinci dəfə ata olub. BAKU.WS-in axşam.az-a istinadən məlumatına...