Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın iqlim gələcəyinin formalaşdırılacağı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) üçüncü günündə Liderlər Sammiti başlayır.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, dünyanın diqqət mərkəzində olan zirvəyə 102 ölkənin dövlət və hökumət başçısı, 300 nazir ilə 196 ölkədən yüksək səviyyəli nümayəndə heyətləri qatılır.
Liderlər "Anadolu Zalı"nda toplaşacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfər edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-ni...