Günay Musayeva Tolqadan aliment tələb edir

Günay Musayeva Tolqadan aliment tələb edir
Şou-biznes 1594

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva keçmiş əri, aktyor Tolqa Kareli məhkəməyə verib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, modelin bu addımı atmasına səbəb Tolqanın həyat yoldaşına bahalı üzük alması səbəb olub. G.Musayeva deyib ki, Tolqa oğlu Cahangir üçün ödədiyi 500 lirə (təxminən 263 manat) aliment azdır.

"Tolqanın maddi vəziyyəti yaxşıdır. Əcnəbi bir firma ilə müqabilə imzalayıb. Buna görə də təzminat artırılsın” - deyə, model bildirib.

Xatırladaq ki, Günay Musayeva ilə Tolqa Karel 2011-ci ildə evlənib, ötən il boşanıblar. Cütlüyün bu evlilikdən Cahangir adlı 4 yaşlı oğulları var. 

BAKU.WS 

Oxşar xəbərlər

Günay Musayeva çimərlikdə  (FOTO)

Günay Musayeva çimərlikdə (FOTO)

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Bodruma yollanıb. BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, model Bodruma moda dəfiləsi üçün...

4292 Şou-biznes 15:49 05 iyul 2016

Son xəbərlər