Günay Musayevanın keçmiş əri toyu üçün ada kirayələyib

Günay Musayevanın keçmiş əri toyu üçün ada kirayələyib
Şou-biznes 2179

 

Azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı aktyor Tolqa Karel toy üçün ada kirayələyib.

BAKU.WS məlumat verir ki, amerikalı model Sara Marqaret Skott ilə evlilik hazırlığında olan aktyor toy üçün Playa Las Ballenas adasını bir həftəlik kirayəyə götürülüb. Ümumilikdə toy hazırlıqları aktyora 100 min dollara başa gələcəyi deyilir. 

Tolqa Karel balayı üçün yeri də artıq müəyyənləşdirib. Belə ki, cütlük toydan sonra bal aylarını Las Veqas və Los Ancelesdə keçirəcəklər. Toy mərasiminin tarixi mayın 11-nə təyin edilib. 

Qeyd edək ki, bir müddət əvvəl Tolqa Karel, rol aldığı serialın prodüsserindən pulunu ala bilməyincə "Necə toy edəcəyəm?" deyərək gözyaşı tökdüyü üçün gündəmə gəlmişdi.

Xatırladaq ki, Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə 2011-ci ilin avqust ayında ailə qurub. Cütlüyün bu nikahdan Cahangir adlı övladları var. Cütlük ötən il boşanıb. 

BAKU.WS

Oxşar xəbərlər

Günay Musayevanın keçmiş əri ağladı: "Necə toy edəcəm?"

Günay Musayevanın keçmiş əri ağladı: "Necə toy edəcəm?"

Türkiyəli aktyor Tolqa Karel, rol aldığı serialın prodüsserindən pulunu ala bilməyincə "Necə toy edəcəyəm?" deyərək gözyaşı töküb. BAKU.WS məlumat verir ki, az...

2834 Şou-biznes 13:30 22 aprel 2016

Son xəbərlər