Azərbaycanlı Belarusda "alma cənnəti" yaratdı (VİDEO)
Azərbaycanlı kişi Belarusun Vitebsk bölgəsində əsl alma cənnəti yaradıb.
BAKU.WS-in məlumatına görə, ölkənin şimalında – Dubrovenskom rayonunda Azərbaycan əsilli Belarus vətəndaşı Süleyman Hacıyev SSRİ dağılmamışdan əvvəl bu ölkəyə aqronomluğu oxumağa gəlib. Azərbaycanlı fermer sonradan burada yaşamaq qərarı verib. Süleyman altı ildən bir az çox Belarusda işləyib.
Sonradan o, şəxsi bizneslə məşğul olmaq qərarı verib. İşçilərlə bərabər çalışan Süleyman keyfiyyətli almalar yetişdirir. Azərbaycanlı fermer artıq 10 ildən çoxdur ki, bu işlə məşğul olur. Niyə məhz almalar onun ailə biznesinin predmeti olub? O, bunu sadəcə belə izah edir: "Mənim uşaqlığım faktiki olaraq meyvə bağlarında keçib. Doğma qardaşımla birlikdə ənənələri dəyişdirməmək qərarı verdim".
Süleyman Hacıyev bildirib ki, bağdan ildə 25 ton alma yığır. Bu məhsulu yerli əhaliyə satan azərbaycanlı uşaq bağçalarına və məktəblərə də meyvə çatdırır. Çox az miqdarda Rusiyaya da alma satan Süleyman Belarusda yaxşı qazanc əldə edir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı gənc rəssamın əsərləri Atatürkün evində sərgiləndi
Türkiyədə azərbaycanlı rəssamın rəsmləri nümayiş olunub. BAKU.WS məlumat verir ki, Atatürkə böyük heyranlıq duyan azərbaycanlı rəssam Günay Mehdizadə, Qurtulu...