Azərbaycandan evlənmək üçün apardığı qız qaçdı - VİDEO
16
avq
2017
23:04
Azərbaycanlı xanımla tanış olub onu evlənmək üçün öz ölkəsinə aparan Türkiyə vətəndaşı dələduzluqla qarşılaşıb. BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, həmin qadın onunla evləndikdən 2 ay yarım sonra pullarını götürərək evdən qaçıb, Azərbaycana qayıdıb. Türkiyə vətəndaşı onu aldadıb qaçan qadını tapmaq və ondan məhkəmə qaydasında təzminat tələb etmək üçün azərbaycana gəlib.
Azərbaycandan evlənmək üçün qadını Türkiyəyə aparan şəxs dələduzluqla qarşılaşıb. Qadın onun 1200 dollar pulunu və 1000 manatlıq telefonu götürərək aradan çıxıb. Hadisə Azərbaycanda bir müddət tikinti sahəsində işləyib sonradan Türkiyəyə qayıdan və Qarsda yaşayan Türkiyə vətəndaşı 47 yaşlı Mustafa Mutluərin aşına gəlib. O, Azərbaycanda Mirzəyeva Fidan Əlamdar qızı adlı bir xanımla tanış olub, sonradan onu evlənmək üçün özünün də könüllü razılığı ilə Türkiyəyə aparıb. Orda kəbin kəsilib və 2 ay yarım birgə yaşayıblar. Sonra isə qadın evdən pul və bahalı telefonu götürərək aradan çıxıb. Mustafa Mutluər bildirir ki, Fidan Mirzəyeva əvvəlcə Xırdalanda yaşadığını deyib, sonra evlərinin Kürdəmirdə olduğu məlum olub. O deyir ki, aralarında heç bir soyuqluq olmayıb. Mustafa Fidanın bu hərəkətindən sonra bütün qohumlarının yanında başı aşağı qaldığını deyir. Mustafa onu aldadıb qaçan qadını tapmaq üçün polis və məhkəmə orqanlarına müraciət edib. Məqsədi ona dəyən maddi və mənəvi ziyanı tələb etməkdir. BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadın əcnəbi kişinin başına oyun açdı
Bakıda əcnəbi ölkə vətəndaşının pulu və əşyaları oğurlanıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, İrlandiya vətəndaşı, 1980-ci il təvəllüdlü Ceyms Entoni...