Türkiyəyə müalicəyə gedən azərbaycanlı qadına iki nəfər təcavüz etdi
Türkiyəyə Azərbaycandan müalicə üçün gedən qadına iki nəfər təcavüz edib.
BAKU.WS məlumat verir ki, Azərbaycandan Türkiyənin Samsun şəhərinə gedən 27 yaşlı qadın mindiyi taksinin sürücüsü tərəfindən təcavüzə məruz qalıb.
Aeroportdan taksiyə minərək otelə getmək istədiyini bildirən qadın gediş haqqını soruşduqda sürücü "Pulun əhəmiyyət yoxdur" deyib. Sürücü qadını Samsunda bir qəsəbəyə aparıb təcavüz edib. Daha sonra sürücünün dostu evə gəlib. Qadını iki gün evdə bağlı saxlayaraq ikisi də təcavüz ediblər. Daha sonra qadını otelin qarşısında düşürüb qaçıblar.
Qadın polis şikayət etdikdən az sonra hər iki şəxs tutulub. Faktla bağlı araşdırma davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Ərli və 5 uşaq anası olan qadını sevgilisi öldürdü
Türkiyənin Ərzurum vilayətində dəhşətli cinayət baş verib. BAKU.WS-in məlumatına görə, gənc kişi özündən 10 yaş böyük sevgilisini vəhşicəsinə öldürüb. Hadisəni...