Azərbaycanlı ABŞ-dan gətirdiyi qıza 5 min “atdı”

Azərbaycanlı ABŞ-dan gətirdiyi qıza 5 min “atdı”
Hadisə 3559

Bakıda əcnəbi ölkə vətəndaşına qarşı dələduzluq edib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, ABŞ vətəndaşı, 1970-ci il təvəllüdlü Elizabeth Rose Albecht hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Azər adlı şəxs onu aldadaraq 5 min dollar pulunu alıb.

Amerikalı qadın şikayət ərizəsində qeyd edib ki, bir müddət əvvəl Azər adlı şəxslə tanış olub. Həmin şəxs daha sonra qadına evlilik təklif edib və onu Azərbaycana dəvət edib. Elizabeth Rose keçən ay bilet alaraq təyyarə ilə Bakıya gəlib və Azərlə görüşüb. Onlar bir neçə gün görüşüblər və Bakını gəziblər. İyunun 22-də isə Azər qadına bildirib ki, toy etmək üçün pul lazımdır və ondan 5 min dollar alıb. Lakin həmin müddətdən sonra Azər yoxa çıxıb. Çıxılmaz vəziyyətdə qalan amerikalı qadın çıxış yolunu polisə müraciət etməkdə görüb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər