Bakı sakininə qarşı 550 min dollarlıq dələduzluq edildi

23
dek
2016
17:06
Türkiyə vətəndaşı Bakı sakininə qarşı 550 000 dollarlıq dələduzluq edib.
"Report"un xəbərinə görə, bu barədə 1979-cu il təvəllüdlü Kərimov Zaur Zakir oğlu hüquq-mühafizə orqanlarına ünvanladığı şikayət ərizəsində məlumat verib. Z.Kərimov ərizəsində bildirib ki, 2013-cü ilin may və iyun aylarında Türkiyə vətəndaşı 1966-ci il təvəllüdlü Oğuz Ənvər İnci oğlu ondan 550 000 ABŞ dolları pul alıb, lakin indiyədək qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS

Oxşar xəbərlər
Bakı sakininə qarşı 65 min dollarlıq fırıldaq
Bakı sakininə qarşı dələduzluq edilib. BAKU.WS "Report”a istinadən xəbər verir ki, bununla bağlı 1963-cü il təvəllüdlü Mehdi Qasımov hüquq-mühafizə orqanlarına...