Şadlıq sarayı satan məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq
Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq edilib.
"Report”un xəbərinə görə, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Hümbət Səfərova şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanılıb.
Qeyd edək ki, S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.
BAKU.WS
Oxşar xəbərlər
Kamran Həsənli barəsində cinayət işi başlanıb
Teleaparıcı Kamran Həsənli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib...