Beynəlxalq Bank işinə görə tutulmuş 16 iş adamının həbs müddəti uzadıldı
Azərbaycan Beynəlxalq Bankı ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan daha 16 nəfər iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Bununla da Beynəlxalq Bank işinə görə saxlanılan və barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılan iş adamlarının sayı 31 olub.
Həbs qətimkan tədbirinin müddətinin uzadılmasının səbəbi kimi onların əməllərinin ağırlığı, törətdiyi əməllərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayət materiallarını gizlətmə, saxtalaşdırma, cinayət əməllərini yenidən törətmə göstərilib.
Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Report
BAKU.WS
Oxşar xəbərlər
MTN-in xanım generalı ev dustağı edildi
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova barəsində başqa yerə getməmək haqqında...