Aydın Xırdalanlı təhdidlərə cavab verdi: “Mən heç kimdən qorxmuram”

Aydın Xırdalanlı təhdidlərə cavab verdi: “Mən heç kimdən qorxmuram”
Şou-biznes 8568

Tanınmış meyxanaçı Aydın Xırdalanlı internetdə yayılan video ilə bağlı BAKU.WS-ə eksklüziv olaraq açıqlama verib. Meyxanaçı bildirib ki, həmin video bir neçə il bundan əvvəl çəkilib.

"Həmin video bir neçə il bundan əvvəl çəkilib, lakin indi niyə yayıldığını bilmirəm. Həmin adamlar idmançı idilər. Mən xəstəxanada olanda gəlmişdilər. Söhbət etdilər və getdilər”, - deyə Aydın Xırdalanlı bildirib.

Meyxanaçı həmişə bir əqidədə olduğunu və heç vaxt kimlərəsə görə dəyişməyəcəyini deyib: "Mən heç kimdən qorxmuram. Heç vaxt da kiməsə görə dini əqidəmi dəyişməyəcəyəm”.

Bundan sonra da meyxanasına davam edəcəyini deyən Aydın Xırdalanlı vahabilərə ismarış da göndərib: "Bizdə o qədər problem var. Həmin problemlərdən deyəcəyəm. İşim-gücüm qurtarıb ki, vahabilərdən deyim”, - deyə meyxanaçı bildirib.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Vəhabilər tanınmış meyxanaçını təhdid etdilər (VİDEO)

Vəhabilər tanınmış meyxanaçını təhdid etdilər (VİDEO)

Tanınmış meyxanaçı Aydın Xırdalanlının vəhhabilər tərəfindən təhdid edilməsini əks etdirən videogörüntüləri yayımlanıb. Videogörüntüdə özlərini Əhli-Sünnə və i...

6407 Hadisə 10:17 28 oktyabr 2015

Son xəbərlər