"Alatoran"ın ulduzu Nolanın yeni filmində rol alacaq

"Alatoran" ulduzu Nolanın yeni filmində rol alacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Deadline məlumat yayıb.
38 yaşlı britaniyalı aktyor, "Alatoran" kino seriyasının ulduzu Robert Pattinson rejissor Kristofer Nolanın yeni filmində rol alacaq.
Filmin adı hələ açıqlanmasa da, premyerasının 17 iyul 2026-cı ildə baş tutacağı gözlənilir. Bu tarix Nolanın digər filmlərinin çıxış tarixi ilə üst-üstə düşür.
Layihənin çəkilişlərinə 2025-ci ilin əvvəlində başlanması planlaşdırılır. Bununla belə, mənbələr indiyədək yayımlanan filmin təsvirlərinin həqiqəti əks etdirmədiyini və ətraflı məlumatların gizli saxlanıldığını bildirirlər.
Qeyd edək ki, bundan əvvəl Kristofer Nolanın yeni filmində baş rolun ifaçısı barədə məlumat yayılmışdı.

Oxşar xəbərlər
Ayan Babakişiyevadan FƏRQLİ FOTOSESSİYA
Müğənni Ayan Babakişiyeva yeni fotosessiyası ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi kamera qarşısına keçərək müxtəlif fotolar çəkdirib. Ayan fərql...