Adnan Oktar tanınmış professorun qızlarını zorlayıb, nəvəsini isə ... - DƏHŞƏTLİ FAKTLAR – VİDEO
03
avq
2018
09:26
Türkiyənin tanınmış professorlarından olan Cevat Babunanın ailəsi “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar tərəfindən dağıdılıb.BAKU.WS “hurriyet”ə istinadən xəbər verir ki, bu barədə türk aliminin həyat yoldaşı polisə verdiyi ifadədə bildirib. Onun sözlərinə görə, Adnan Oktar Babuna ailəsinə atom bombası kimi düşüb.“Bu adam bizim ailəni məhv etdi. O, 5 övladımı və nəvəmi təşkilata götürdü. Onlar 25 ildir Adnan Oktar tərəfindən zorakılığa məruz qalırlar. Onların beynini o qədər yuyub ki, uşaqlarım mənimlə görüşmək istəmirdilər. Məni kafir adlandırırdılar. Adnan özünü peyğəmbər kimi təqdim edib uşaqlarımı "din" adamı eləyəcəyini dedi və həyatlarını məhv elədi. Qızlarıma təcavüz ediblər, zorlayıblar", - deyə qadın fəryad edib.Qadın bildirib ki, Adnan Oktar üzündən cəmiyyət içində də rüsvay olublar: “Mal-dövlətimizi taladı, bu bir yana, qızlarımı bizlə düşman etdi. Bundan əlavə, insanlar arasında rüsvay olduq”.Cavid BabayevBAKU.WS
Oxşar xəbərlər
Adnan Oktar dindirildi: "Cib xərcliyimi anamdan alırdım"
Adnan Oktar törətdiyi cinayət əməlləri ilə bağlı növbəti dəfə dindirilib. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, törətdiyi cinayət əməllərinə görə...