85 yaşlı aktyoru vuraraq öldürən motosikletçi danışdı: "Qəfildən önümə çıxdı"

85 yaşlı aktyoru vuraraq öldürən motosikletçi danışdı: Qəfildən önümə çıxdı
Şou-biznes 156

Məşhur aktyor Engin Çağları vuraraq öldürən motosikletçinin ifadəsi ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, hadisənin ardından polis şöbəsinə aparılan B. O. adlı motosikletçi günahını etiraf edib. O ifadəsi zamanı aktyorun qəfildən önünə çıxdığını və qəza şəraiti yaratdığını bildirib.

B. O.-nun şöbədə sorğusu başa çatdıqdan sonra ədliyyəyə göndərilib.

Məhkəməyə çıxarılan motosikletçi "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə ittiham olunaraq həbs edilib.

Qeyd edək ki, Engin Çağlar 85 yaşında dünyasını dəyişib. O Şişlidə qarşı tərəfdəki yola keçərkən onu motosiklet vurub.

Aktyor karyerasına 1968-ci ildə Bilgə Olqaçın "Öksüz" filmi ilə başlayıb. 1969-cu ildə Orxan Aksoyun rejissorluq etdiyi "Kınalı Yapıncak" filmində Hülya Koçyiğit ilə oynayaraq məşhurlaşıb.

Hulki Saner ilə anlaşdıqdan sonra Metin Erksanın yönətdiyi filmlərdə görünüb. 1974-cü ildə kinodan gedib. 2016-cı ildən FİLMSAN Fondunun İdarə Heyətinə sədr seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər

Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər

Aparıcı Saleh Bağırov Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Cananaya yazdığı sərt sözlərlə gündəmə gəlib.  BAKU.WS "axşam.az"a istinadən xəbər veri...

94 Şou-biznes 14:22 31 may 2026

Son xəbərlər