SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məşhur rus DJ Ellis Sexton (Eleonora Verbitski) Bakıda konsert proqramıyla çıxış edəcək.
 
BAKU.WS-in məlumatına görə, Eleonora Verbitskinin konserti "TWO FLAMES" mərkəzinin prodüserlərinin təşkilati dəstəyi ilə ölkəmizə səfər edəcək. DJ-in çıxışı 6 martda saat 22:00-də "Elektra Events Hall" klubunda baş tutacaq. 

Biletlər şəhərin kassalarından və ASAN Xidmət mərkəzlərindən əldə etmək olar. Xüsusi qonaq rolunda DJ Çina çıxış edəcək. Aparıcılar Aysel Nazim və Samir Bayramlı olacaq.

DJ Ellis Sexton 2004-cü ildə öz karyerasına başlayıb. Seksual DJ təkcə Sankt-Peterburq və Moskvada deyil, Rusiyanın digər şəhərlərində də konsertlər verib. DJ özündə bütün ən yaxşı keyfiyyətləri birləşdirib: peşəkarlıq, cazibə və şəhvət. Ellis sübut etdi ki, DJ yalnız musiqi ilə insanları cəlb etməməlidir. 

Ellis Sexton istənilən klub tamaşaçısına öz valehedici qabiliyyətlərini göstərərək fərqlənə bilər. Ellis təqdim etdiyi şou ilə həmkarlarından hər zaman seçilir. 

Qeyd edək ki, onunla yanaşı konsertdə "Vremya i Steklo" qrupu da çıxış edəcək.


F.M
BAKU.WS