Hollivud ulduzu Bakıda konsert verdi (FOTO)

Hollivud ulduzu Bakıda konsert verdi (FOTO)
Şou-biznes 1047

 

Ötən gün məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. 

BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, konsertdə Stiven Siqal və onu müşayiət edən qrup blüz musiqi proqramını təqdim edib. Konsertin maraqlı məqamlarından biri Hollivud ulduzunun səhnəni "Natiq” ritm qrupu ilə paylaşması olub. Stiven Siqal milli musiqiçilərlə maraqlı kompozisiya təqdim edib. 

"Natiq” ritm qrupunun fanatıdır və onunla birgə çıxış etməsini şəxsən arzu edib. İkinci dəfədir Bakıya gəldiyini deyən Hollivud ulduzu şəhəri görmək imkanı əldə etdiyini də vurğulayıb və paytaxtımızın gözəlliyinin, ölkədəki tolerantlıq mühitinin onda xoş təəssürat oyatdığını bildirib. Hollivud ulduzu dekabrın 17-də də Heydər Əliyev Mərkəzində çıxış edəcək.

Qeyd edək ki, kinoaktyor, rejissor, eyni zamanda, aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqi ifaçılığı ilə aktyorluqdan daha əvvəl məşğul olmağa başlayıb. Stiven Siqal 12 yaşından gitarada ifa etməyə başlayıb və əsasən blüz janrına üstünlük verib.

BAKU.WS

Oxşar xəbərlər

Hollivud ulduzundan etiraf: İlham Əliyev mənə iş təklif etdi

Hollivud ulduzundan etiraf: İlham Əliyev mənə iş təklif etdi

BAKU.WS Hollivud ulduzu Stiven Siqalın "Qafqazinfo"ya verdiyi müsahibənitəqdim edir: - Azərbaycana xoş gəlmisiniz, artıq ikinci dəfədir ki, bura gəlirsiz. Siz...

1149 Şou-biznes 16:57 14 dekabr 2015

Son xəbərlər