Stiven Siqal Bakıda tar çaldı (FOTO)
Tanınmış amerikan kinoaktyoru, kinoprodüser, ssenarist, rejissor, musiqiçi və döyüş sənətləri ustası Stiven Siqal Azərbaycana səfəri çərçivəsində İçərişəhərlə tanış olub.
BAKU.WS-in məlumatına görə, məşhur amerikalı İçərişəhərdə gəzərək Azərbaycanın tarixi haqqında məlumatlar əldə edib. Siqal pendir və təndir çörəyinə qonaq edilib. O, hətta Azərbaycanın milli musiqi aləti olan tarla tanış olub və özünəməxsus musiqi ifa edib.
Qeyd edək ki, Stiven Siqal "Ən pis aktyor" kateqoriyasına görə "Ölümcül təhlükə" (1994), "Məhv etmə qərarı" (1996), "Cinayət dünyasından yanğın" (1997), "Nə sağ, nə də ölü" (2003) filmlərində Qızıl Moruq Mükafatına layiq görülüb. 1999-cu ildə Stiven Siqal "PETA Humanitar Mükafatına" layiq görülüb.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Hollivud ulduzu Stiven Siqalı qəbul etdi (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də dünya şöhrətli aktyor və rejissor Stiven Siqalı qəbul edib. BAKU.WS-in məlumatına görə, Azə...