Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
05
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 6-sı səhərədək davam edəcək.
Məlumata görə, küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 metrə, sonrakı inkişafda isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq
Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitə...