Oya Ergün Bakıda konsert verəcək (FOTO)

Oya Ergün Bakıda konsert verəcək (FOTO)
Şou-biznes 1474

Türk sənətçisi Oya Ergün Bakıda "Barok Muzikdə Ask" adlı konsert verəcək.

Baku.WS-in məlumatına görə, soprana ifaçı bakılılar qarsısında Barok dövrünün musiqilərini səslendirəcək. Oya xanım musiqi melomanlarına Barok dövrünün Bax, Handel, Skarletti, Korelli və Cesti kimi bəstəkarlarının əsərlərindən ariyalar təqdim edəcək. İfaçını tanınmış pianoçu Nərgiz Əliyevanın rəhbərlik etdiyi trio (piano, biolenço və skripka) müşaiyət edəcək. Konsert proqramında qonaq sənətçi qismində səhnəyə azərbaycanlı tenor ifaçı İlham Nəzərov çıxacaq. Soprano ifaçı Oya Ergün tenor ifaçı ilə ariyalar ifa edəcək. Klassik musiqini qulaq oxsayan səsi ilə çatdırmaqla kifayətlənməyən sənətçi konsert proqramında Barok dövrünün nəfəsli musiqi aləti olan Barok fleyta ilə o dövrün möhtəşəm əsərlərini ifa edəcək. Konsertin aparıcısı Sevinc Salamovadır. "Barok Müzik Aşk" adlanan konsert proqramı Alman Kopelhaus konsert zalında baş tutacaq. Konsertə giriş dəvətnamə ilədir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Sibel Can konsert vaxtı biabr oldu (FOTO)

Sibel Can konsert vaxtı biabr oldu (FOTO)

Tanınmış müğənni Sibel Can, konsert zamanı çətin vəziyyətə düşüb. BAKU.WS məlumat verir ki, müəllimlər günü ilə əlaqədar konsert proqramı ilə çıxış edən müğən...

2904 Şou-biznes 16:23 26 noyabr 2015

Son xəbərlər