SİZİN REKLAM BURADA!
055 213 76 73


 


ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişində qonaq olan müğənni Elvin Babazadə maraqlı açıqlamalar verib.

 

 
BAKU.WS  ifaçı, "Eurovision" yarışmasının Azərbaycan seçmələrində çıxışından söz açaraq, həyatında nələrin dəyişməsindən danışıb:

"Bundan sonra məndə çox şey dəyişdi. Stimul yarandı. Özümü göstərmək, bacarığımı nümayiş etdirmək daha böyük önəm daşıyırdı. Bir çox insanlar bunu qiymətləndirdi. Mən də onlara görə davam etdim. Seçim turundan 2 ay əvvəl qərara gəldim ki, pəhrizə oturacam və arıqlayacam. Ağlıma gəlmədi ki, 1 il öncə alıb geyinmədiyim kostyum mənə çox böyük olacaq. Çıxışdan öncə mənə məsləhət gördülər ki, səs tellərini açmaq üçün 50 qram konyak içmək lazımdır. Deyəsən mən çox içmişdim. Səhnədə özümü idarə edə bilmirdim. Hamısı həyəcandan idi".
 
Elvin Babazadə daha sonra dünyaca məşhur müğənni Azislə də aralarında yaşananlardan danışıb:

"Onun oxuduğu janrda bir çox müğənni oxuyur. Onun sənətə bəxş etdiyi Balkan musiqisini çoxları bəyənir. İfa etdiyi mahnılar mənə doğmadır. Onun 2 mahnısını oxumuşdum. Çox səs-küy saldı. Oxuduğum mahnı üçün Azis məni internetdə məhkəməyə verdi. Hansısa konpensassiya ödəməyi tələb etdi. Vəkil tutdum. Biz mahnının müəllifi ilə əlaqə saxlayıb, icazə almışdıq. Amma Azis bizdən şikayət etdi. Ona bildirdik ki, biz heç nə güdmürük. Nə konsert veririk, nə də başqa bir şey. Bu söhbətdən 2 ay sonra yenə onun mahnısını oxudum. Anam dedi ki, bala bu zibildən təzə çıxmısan, eləmə. Dedim ki, bu mahnını ifa etməsəm sənətimə hardasa "kres" qoyacam. Bilirdim bu mahnının mənə uğur gətirəcəyini. Çoxları fikrimdən döndərməyə çalışdırsa da, mahnı çox uğurlu oldu. Daha sonra bir gün kafedə dostumla əyləşmişdim. Telefonuma mesaj gəldi ki, Azis sənin çıxışını paylaşıb. Bu dəfə bəyənmişdi. Onun mahnılarını ifa edənlər ölkəmizdə çoxdur. Amma Azərbaycanda orijinalı məndədir. Keçən il Bakıya gələndə onunla görüşdük. Onun qrim otağına daxil olub yaxınlaşan zaman gördüm ki, baxışları sərtləşir. Dedim ki, yəqin butulkanı götürüb atacaq üstümə. Amma əllərini açıb qucaqladı".
  
Aynur Ələkbərova
BAKU.WS