İranın BƏƏ-yə atdığı 16 ballistik raketdən 15-i məhv edilib
Martın 7-də BƏƏ-nin hava hücumundan müdafiə sistemləri 16 ballistik raketin və 121 dronun İran ərazisindən atıldığını aşkar edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi "X"də məlumat paylaşıb.
"Martın 7-də BƏƏ-nin hava hücumundan müdafiə sistemləri 16 ballistik raket atışını aşkar edib ki, bunlardan 15-i məhv edilib, biri isə dənizə düşüb. Bundan əlavə, İran ərazisindən 121 dron buraxılışının edilməsi də müəyyən edilib. PUA-lar yalnız ikisi BƏƏ ərazisinə düşüb. Digər 119 PUA isə zərərsizləşdirilib", - deyə açıqlamada bildirilir.
Müdafiə Nazirliyinin statistikasına görə, eskalasiyanın başlanğıcından bu günə qədər BƏƏ istiqamətində 221 ballistik raket və 1300-dən çox dron atılıb.
Oxşar xəbərlər
ABŞ və İsrail İranın elmi potensialını məhv edə bilib?
"ABŞ və İsrailin mümkün hücumları ölkənin elmi potensialını məhv edə bilməyib". BAKU.WS xəbər verir ki, bunu İranın elm, tədqiqat və texnologiyalar naziri Hüsey...