Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ - Saat 18:27-dək...

Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ - Saat 18:27-dək...
Foto
Digər 259

Sabah saat 13:56-da Günəş tutulması başlayacaq və 18:27-də başa çatacaq.

BAKU.WS xəbər verur ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq.

Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.

BƏs bu təbiət hadisəsinin insana hansı təsirləri var?

Bu və digər suallara cavab tapmaq üçün həkim, nevroloq Vüsalə Nuriyeva müraciət etdik. Həkim BAKU.WS-ə bildirdi ki, Günəş tutulmasının fiziki baxımdan insan beyninə birbaşa bioloji təsiri olduğuna dair elmi sübutlar yoxdur.

Onun sözlərinə görə, bu hadisənin insan psixologiyası və emosional vəziyyətinə dolayı təsirləri müşahidə oluna bilər.

Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ - Saat 18:27-dək...

"Günəş tutulması zamanı işıq səviyyəsinin qəfil azalması beyində təhlükə və qeyri-müəyyənlik hissi yarada bilər. Bu vəziyyət bəzi insanlarda: narahatliq qorxu ,gərginlik,və ya həyəcan hisslərinin artmasına səbəb ola bilər.

İşıq səviyyəsinin dəyişməsi sirkadiyal ritmlərə qısa müddətli təsir göstərə bilər. Sirkadiyal ritmlər beyində hipotalamus tərəfindən tənzimlənir və yuxu-oyanıqlıq dövrünü idarə edir", - deyə Vüsalə Nuriyeva bildirib.

Həkim deyir ki, tutulmadan sonrakı 24-48 saat ərzində yuxuya getməkdə çətinlik və ya qırıq-qırıq yuxular müşahidə oluna bilər:

"Bu da bəzi insanlarda yüngül yorğunluq hissi diqqətin azalması və ya qısa müddətli emosional dəyişikliklər yarada bilər.

Günəş tutulmasının ən real fiziki riski birbaşa Günəşə qoruyucu vasitə olmadan baxmaqdır. Bu zaman retina zədələnə bilər və bu vəziyyət "solar retinopatiya" adlanır.

Bu, görmə qabiliyyətinə ciddi zərər verə bilər.Görmə mərkəzinin zədələnməsi vizual siqnalların beyin qabığına (occipital lobe) ötürülməsində daimi defektlərə səbəb ola bilər".

Ziya SƏCCAD

Son xəbərlər