İftar vaxtı - 2 mart 2026: Ramazanın 12-ci günü
Ramazan ayının on ikinci günündə - 2 mart 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub.
Ramazanın 12-ci günü üçün Azərbaycanda oruc vaxtları:
İmsak (orucun başlanğıcı): 05:47
İftar (orucun açılması): 18:48
Günün duası
"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi- ismətikə ya ismətəl-xaifin".
Tərcüməsi:
"ilahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi"
Oxşar xəbərlər
Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var?
İrandakı mövcud vəziyyətlə bağlı Tehrana "qara yağış" lar yağır. Yağışın qara çöküntülərlə müşahidə olunması isə ciddi müzakirələrə səbəb olub. BAKU.WS Xəzər TV...