İranın Azərbaycandakı səfiri Naxçıvana edilən dron hücumundan ilk dəfə DANIŞDI
07
mar
2026
00:55
"Mənim aldığım məlumata görə, Naxçıvana edilən dron hücumu İran tərəfindən rəsmi şəkildə qəbul edilməyib. Bu məsələdə şübhəli məqamlar mövcuddur".
Bunu Baku TV-yə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu bildirib.
"İndiyə qədər İran Hərbi Qüvvələri rəsmi olaraq Naxçıvana dron atmadıqlarını açıqlayıb. Bu məsələnin araşdırılması ilə bağlı ikitərəfli əməkdaşlıq aparılmalıdır. Sizin əlinizdə olan məlumatlar bizə, bizim məlumatlarımız isə sizə lazımdır. Birlikdə işləyərək bu məsələyə uyğun qərarlar qəbul ediləcək", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Zəngilanın azad edilməsindən 6 il ötür
Bu gün Zəngilanın azad edilməsindən altı il ötür. BAKU.WS xatırladır ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa m...