İş adı ilə Türkiyəyə aparılan azərbaycanlı qadınların Quşadası kabusu
İnsan alverində ittiham olunan 40 yaşlı qadının məhkəməsi keçirilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nailə Azadova (şərti ad-soyad) beş azərbaycanlı qadını cinsi istismar məqsədilə yoldan çıxarmaqda ittiham olunub.
Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda tanış olduğu qadınları Türkiyənin istirahət zonası kimi tanınan Quşadası rayonunda işə düzəldəcəyi adı ilə aldadıb. Qadınlar onun təşkilatçılığı ilə Quşadasına çatdıqdan sonra məsələnin başqa olduğunu anlayıblar. Lakin bundan sonra N.Azadovanın Türkiyədəki adamları qadınları rüsvay edəcəkləri ilə qorxudub, cinsi istismara cəlb ediblər.
N.Azadova məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş kimi tanınan həmcinsləri öz istəkləri ilə Quşadasında müştərilərə xidmət etməyə razılaşıblar.
Zərərçəkmiş şəxslər və şahidlərin ifadələri isə verilmiş ittihamın doğruluğunu təsdiq edib. İstismar qurbanı olan qadınlardan biri bu cinayət nəticəsində müxtəlif allergik xəstəliklərə yoluxduğunu, hazırda vəziyyətinin pis olduğunu deyib. O, Nailənin layiqincə cəzalandırılmasını xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Azadova insan alverində təqsirli bilinib. Lakin ona şərti cəza verilib və dərhal həbsdən azad edilib.
Oxşar xəbərlər
Bakıda AĞIR QƏZA: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. BAKU.WS Oxu.Az-a istinadə...