Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR

Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
Siyasət 242

Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını alıb.

Tərxan Tərlan oğlu Quliyev, Nicat Zaman oğlu Ağayev, Əsəd Tofiq oğlu Abdullayev, Rəşad Fərhad oğlu Rüstəmov, Xədicə Zakir qızı Ağayeva, Elvin Bəhruz oğlu Əhmədov, Nərminə Ramiz qızı Şabanova və Naib İsmixan oğlu İsmiyev törətdikləri əməlləri, eləcə də SEPAH ilə əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər.

Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik hərbi rütbəli Ali Asghar Bordbar Sheraminin olduğu aşkar edilib.

Ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə kəşfiyyat xarakterli məlumatların toplanılması və terror-təxribat aktlarının təşkilində iştirakı müəyyənləşən İİR vətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Azarundbileh Hosein Savar Saber, Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan olunub.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı cinayət əməlləri aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul edilib. Belə ki, Tərxan Tərlan oğlu Quliyev və Nicat Zaman oğlu Ağayev, Əsəd Tofiq oğlu Abdullayev və Rəşad Fərhad oğlu Rüstəmov Cinayət Məcəlləsinin müvafiq maddələri ilətəqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Nərminə Ramiz qızı Şabanova və Naib Ağaismi oğlu İsmiyev AR Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdetməyə hazırlıq), Elvin Bəhruz oğlu Əhmədov isə CM-nin 228.2.1(qabaqcadan əlbir bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə etmə, başqasına vermə, saxlama daşıma və gəzdirmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.

Son xəbərlər