Fridrix Ştift: İranda hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalacağıq
İranı tərk edərək digər dörd avstriyalı diplomatla birgə Azərbaycana keçən Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Fridrix Ştift mətbuat nümayəndələri ilə söhbətində təfərrüatları bölüşüb.
"Hazırda İrandakı təhlükəli vəziyyətlə əlaqədar Bakıya yollanırıq. Hücumların (ABŞ və İsrailin İrana – red.) nə qədər davam edəcəyini bilmirik, ona görə də qərara gəldik ki, təhlükəsiz ölkəyə getmək daha yaxşıdır. Sərhəddə göstərilən isti münasibətə və qəbula görə Azərbaycan Respublikasına son dərəcə minnətdarıq", - diplomat bildirib.
Onun sözlərinə görə, onlar İran ərazisində hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalmaq niyyətindədirlər: "Biz burada nə qədər lazımdırsa, qalacağıq. Lakin ümid edirik ki, İrana qarşı döyüş əməliyyatları və zərbələr tezliklə başa çatacaq və biz Tehranda işimizə qayıtmaq imkanı əldə edəcəyik".
Diplomat, həmçinin İran paytaxtında partlayış səslərini şəxsən eşitdiyini deyib: "Son günlərdə biz gecə saat iki-üç radələrində partlayış səslərindən oyanırdıq və qalxan tüstüləri görürdük. Bu gün şəhəri tərk edərkən alov içində olan bir neçə bina gördük".
İranın Naxçıvana dron hücumunu şərh edən səfir bildirib: "Əlbəttə, bu cür zərbələrin baş verməsi yaxşı hal deyil".
Bununla yanaşı, F.Ştift əlavə edib ki, bu gün İran Prezidenti Məsud Pezeşkian müraciətlə çıxış edərək qonşulardan üzr istəyib və Tehranın qonşu dövlətlərə hücumları dayandırmaq niyyətini bəyan edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Baş katibi ilə İranın Naxçıvana dron hücumlarını müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev ilə İranın dron Naxçıvana hücumlarını müzakir...