Pakistanın daha 4 vətəndaşı, o cümlədən 1 diplomat Azərbaycana təxliyə edilib
Pakistanın daha 4 vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Cənub bürosu məlumat yayıb.
Təxliyə edilənlərdən 1-i diplomatdır.
Qeyd edək ki, ümumilikdə 123 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
*** 14:50
Avstriyanın beş diplomatı İrandan Azərbaycana təxliyə edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, onların təxliyəsi Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə həyata keçirilib.
Qeydiyyat prosedurlarından sonra diplomatlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
*** 14:12
7 mart saat 14:00-dək olan məlumata əsasən, daha 2 Nigeriya vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Cənub bürosu məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl 5 Nigeriya vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
*** 11:57
7 mart saat 12:00-dək daha 29 Çin vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 516 Çin vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
*** 10:39
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1761 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, onlar 66 ölkənin vətəndaşlarıdır.
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 7-si saat 10:00-a qədər sərhədi 297 Azərbaycan vətəndaşı keçib.
Oxşar xəbərlər
Ölkədə yaşlı əhalinin regionlar üzrə paylanması açıqlanıb
Azərbaycanda 65 yaş və daha yuxarı yaşlı şəxslər ən çox Sumqayıt şəhərindədir. Onların sayı 44 415 nəfər təşkil edir. BAKU.WS-in Dövlət Statistika Komitəsindən...