Azərbaycanda bu şəxslərin müavinəti ARTIRILDI
"Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət bundan sonra işçilərə tam həcmdə veriləcək".
BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsi müdirinin müavini Emil Əliyev DOST TV-yə açıqlamasında deyib.
O bildirib ki, indiyə qədər müavinətin məbləği hesablanarkən ödəniş hər kəs üçün 100 faiz tətbiq edilmirdi. Sığorta stajından asılı olaraq fərqli faiz dərəcələri mövcud idi. 8 ilədək stajı olanlara 60 faiz, 8 ildən 12 ilədək stajı olanlara 80 faiz, 12 ildən artıq stajı və ya müəyyən imtiyazlı kateqoriyaya aid şəxslərə isə 100 faiz həcmində ödəniş edilirdi.
Yeni dəyişikliklərə əsasən isə artıq sığorta stajının müddətindən və ya şəxsin hər hansı statusundan asılı olmayaraq, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanan müavinət tam 100 faiz həcmində ödəniləcək.
Oxşar xəbərlər
Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. BAKU.WS xəbər verir ki, bu barədə Baku...