İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian İranın qonşu ölkələrə hücum etməyəcəyini və həmin ölkələrdən İrana hücum olmasa raket atılmayacağını bəyan edib.
BAKU.WS "İsna"ya istinadən xəbər verir ki, Pezeşkian bu barədə qərarın Müvəqqəti Rəhbərlik Şurasında qəbul edildiyini deyib.
"Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq", - deyə açıqlamada qeyd olunub.
İran Prezidenti bildirib ki, bölgə ölkələri ilə düşmənçilikləri yoxdur:
"Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək".
O, hücumların İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edildiyini bildirib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...