Baku Medical Plazada çəkilmiş video sükutu pozdu - VİDEO
Ölkənin aparıcı özəl tibb müəssisələrindən olan Baku Medical Plaza klinikalar şəbəkəsi ana və körpə sağlamlığına həsr olunan yeni tanıtım videosunu bütün həkimlərə ithaf edib. Qısa müddət ərzində sosial platformalarda yayılan video izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və müsbət rəylər qazanıb. Yaradıcı heyət "doğuş üçün klinika seçərkən nələrə diqqət yetirmək lazımdır?" sualına ən optimal cavabı vizual üslubda göstərməyə müvəffəq olub. Filmdə Baku Medical Plazanın əsas üstünlüklərindən sayılan, həm də illər ərzində formalaşmış və təcrübə ilə möhkəmlənmiş multidisiplinar həkim komandasının mövcudluğu xüsusi vurğulanıb.
Ana olmağa hazırlaşan qadınların həyatındakı həyəcan və narahatlıq dolu anlar emosional və təsiredici kadrlarda əks etdirilib. Real hadisələrə əsaslanan videoçarxda, klinikada müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin ortaq məqsəd - ana və körpənin sağlamlığı naminə koordinasiyalı və sistemli şəkildə çalışmaları əksini tapıb. BMP klinikalar şəbəkəsində hamiləliyin planlaşdırılması mərhələsindən başlayaraq doğuşa hazırlıq və körpənin dünyaya gəlişinədək bütün proseslər ciddi nəzarətdə saxlanılır.
Baku Medical Plazanın Babək, Mərkəz, Medilux və IMC-2 filiallarında xidmət yalnız müasir tibbi avadanlıq və beynəlxalq standartlara uyğun xidmətlə məhdudlaşmır. Onu digər klinikalardan üstün edən əsas amillərdən biri də illərlə formalaşmış, birgə işləmə mədəniyyətinə malik güclü və peşəkar multidisiplinar komandaya sahib olmasıdır.
Baku Medical Plaza sağlam gələcək naminə ana və körpə sağlamlığını daim prioritet istiqamət olaraq saxlayır və etibarlı, yüksək keyfiyyətli tibbi xidmət göstərməyə davam edir.
Oxşar xəbərlər
"Nərimanov" metrosuna yaxın mənzil almaq istəyənlər üçün: "City Garden Narimanov"da satışlar davam edir - "Kristal!"
Daşınmaz əmlakda düzgün seçim illərlə qazandırır. Nərimanovun prestijli nöqtəsində yerləşən "City Garden Narimanov" bu baxımdan ən çox tələb görən layihələrdən...