Bakıda biabırçılıq: Azərbaycanlı qızı İqlesiasdan ayıra bilmədilər - VİDEO
İyunun 18-də Formula-1 Avropa Qran-prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən "Formula-1 Şəhərciyi”nə toplaşıblar.
BAKU.WS xəbər verir ki, dünyanın ən məşhur canlı musiqi ifaçısı Enrike İqlesias konsert proqramı ilə çıxış edib. "Latın pop musiqisinin kralı” adlandırılan ispanəsilli müğənni səhnədə özünün "Hero”, "Bailamos” və "I Like It” kimi məşhur hitlərini səsləndirib. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqiləri ilə pərəstişkarlarını ofsunlayan ifaçı Bakıda da, öz heyranını tapıb.
Müğənni növbəti mahnısını ifa edib bitirərkən gənc qızlardan biri özünü səhnəyə tullayıb. İqlesiasın boynuna sarılan qız mühafizəçilərər çətin anlar yaşadıb. Mühafizəçilər nə qədər əlləşsələr də qızı ondan ayıra bilməyiblər. Əslində müğnninin özünün də qızdan ayrılmaq niyəti olmayıb. O qızı qucağına alaraq səhnənin arxasına keçirib.
BAKU.WS
Oxşar xəbərlər
Formula 1-in Bakı şəhər trasında dəyişiklik edilib
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Bakıda "Formula 1" yürüşlərinin ilk günündə iki sərbəst praktikanın yekunu üzrə şəhər trasında kiçik dəyişiklik edib. T...