Elza Seyidcahan: “Səhnədə bəzən özümü unuduram”
Əməkdar artist Elza Seyidcahan bugünlərdə "O ses Türkiye”də "Sarı gəlin”i oxuyaraq, böyük marağa səbəb olan tələbəsi Mehman Tağıyevdən söz açıb.
Müğənni BAKU.WS-ə açıqlamasında tələbələrinin uğurlarına ürəkdən sevindiyini deyib.
"Əfsuslar olsun ki, bizim uşaqlar xarici ölkələrdə ölkəmizi təmsil edəndə unutqanlıq edirlər. Bir addım qabağa gedən kimi, keçmişdə onlara qayğı çəkən insanları unudurlar. Olsun, mən onları yenə də sevirəm, bağışlayıram. Çoxları mənə deyir ki, onlar sənə bu qədər haqsızlıq ediblər. Onlar böyük səhnəyə çıxırlar. Özlərini unudurlar. Canlı yayımlarda insan özünü də unudur. Mən özüm də beləyəm. Bəzən mən səhnədə oluram, vacib bir sözü deməliyəm, amma bunu uduram. Biz onlara dəstək olmuşuqsa, daha sonra mühakimə etməməliyik. Zamanı gələndə onlar özü bunu dərk edəcək”, - deyə E.Cahan bildirib.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Elza: “Yazdıqlarımı Mayakovskinin şeirlərinə bənzədirlər”
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın həm də özünəməxsus tərzdə şeirlər yazdığı heç kimə sirr deyil. Müğənni BAKU.WS-ə açıqlamasında "Mənim şeirlə...