SİZİN REKLAM BURADA!
055 213 76 73


"Oskar" mükafatının ikiqat sahibi Hilari Suonk Hollivudun ən məşhur adlarından birinə çevrilməzdən əvvəl anası ilə avtomobildə yaşadığını etiraf edib.

Tanınmış aktrisa "The Wall Street Journal"a müsahibəsində çətin keçmişindən və indiki xoşbəxtliyindən danışıb.

O, anası Cudinin atası Stivendən ayrıldıqdan sonra Los-Ancelesə köçdüklərini söyləyib. Aktrisa qeyd edib ki, maddi problemlərə görə bir müddət maşında yaşamalı olublar.

Hilari Suonk həmçinin deyib ki, onlar maşında yata bilməyəndə dostunun evində şişmə çarpayıda yatıblar: "Uşaqlıq illərimdən yoxsulluqla mübarizə aparmışıq. Bəzən dostlarım tərəfindən zorakılığa da məruz qalmışam. Lakin aktyorluğa olan həvəsimi heç vaxt itirməmişəç. Anam da bu məsələdə mənə dəstək olub".

Aktrisa 2018-ci ildə ailə qurduğu iş adamı Filip Şnayderlə xoşbəxt evliliyindən də danışıb. O, 48 yaşında süni mayalanma yolu ilə hamilə qaldığını və 2023-cü ilin aprelində əkizlərini dünyaya gətirdiyini açıqlayıb: "Həyatımın ən yaxşı anı idi. Onları görəndə sanki ürəyim dayanacaqdı".

Tanınmış aktrisa 1999-cu ildə "Oğlanlar ağlamaz" və 2004-cü ildə "Milyon dollarlıq qız" filmlərindəki rollarına görə "Oskar" mükafatlarını qazanıb.

BAKU.WS
QALEREYA