SİZİN REKLAM BURADA!
055 213 76 73



Qan xərçəngindən (leykoz) əziyyət çəkən rejissor Şahin Zəkizadənin müalicəsi davam edir. 

BAKU.WS xəbər verir ki, rejissorun xanımı Səbinə Zəkizadə axşam.az-a açıqlama verərək, hazırda kimya terapiyasının başladığını bildirib:

"Şahinin vəziyyəti ortadır. Kimyaterapiyaları başlayıb. Ağrıları var. Həkim deyir ki, ağrılar olacaq, normaldı. Adi bir ağrı belə kimyaterapiyadan sonra güclənir. İnşallah, sağalacaq və hər şey yaxşı olacaq”.
 
Qeyd edək ki, rejissorun müalicəsi üçün külli miqdarda pul tələb olunur. Eyni zamanda 1+ qan lazımdır.
 
Aysel.Ş
BAKU.WS