Aktrisanın ad günündə ANS-in işçisinin ürəyi dayandı
19
sen
2016
22:10
Aktrisa Nahidə Orucovanın şad gününə vay düşüb.
Criminal.az saytı xəbər verir ki, aktirisanın bu dəqiqələrdə Bakıdakı restoranlardan birində keçirdiyi ad günündə məşhur rejissor Ələkbər Kazımovski dünyasını dəyişib.
Məclis başlamamış, bir neçə dəqiqə əvvəl masa arxasında əyləşən rejissorun halı pisləşib və keçinib. Təcili yardım briqadası gəlsə də, onun ölümünü təsdiqləməkdən başqa çarəsi qalmayıb.
Ə.Kazımovski uzun müddət AzTv-də çalışıb. Son zamanlar isə ANS telekanalında işləyirdi.
O, məşhur rejissor Rauf Kazımovskinin oğlu idi.
Allah rəhmət eləsin!
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı rejissor xərçəngə tutulub
Rejissor Şahin Zəkizadə qan xərçəngi (leykoz) xəstəliyinə tutulub. BAKU.WS xəbər verir ki, xanımı Səbinə Zəkizadə rejissorun neçə gündür xəstəxanada olduğunu b...