Ayağı həkim səhvindən kəsilən xəstə haqqında şad xəbər

Ayağı həkim səhvindən kəsilən xəstə haqqında şad xəbər
Hadisə 3271

 

Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Kərimovun səhv amputasiya etdiyi üçün növbəti dəfə əməliyyat olunan Tərlan Məmmədova bu həftənin sonunda evə buraxılacaq.

BAKU.WS bildirir ki, Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski APA-ya deyib ki, hazırda xəstənin vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, xəstənin ağrıları azalıb, tikişləri sökülüb və heç bir narazılığı yoxdur.

Mərkəz direktoru qeyd edib ki, vəziyyət belə davam edərsə, 5-6 gün sonra xəstə evə buraxılacaq: "Hadisə ilə əlaqədar yaradılan komissiyanın, ekspertizanın rəyi hələlik məlum deyil. Rəy hazır olanda ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, həkim Valeh Kərimov şəkər xəstəliyindən əziyyət çəkən 87 yaşlı Tərlan Məmmədovanın sol ayağının əvəzinə sağ ayağını amputasiya edib. Daha sonra qadının sol ayağı da kəsilib.

BAKU.WS

Son xəbərlər