Xəstənin ayağını kəsən həkimdən nalayiq əməl (VİDEO)
Həkim səhlənkarlığı ucbatından iki gün əvvəl sağlam ayağı kəsilən, bu gün isə iltihablı ayağı da amputasiya edilən 87 yaşlı Tərlan Məmmədovanın səhhəti normaldır və o, artıq palataya köçürülüb. ANS TV-nin məlumatına görə, qadın palataya köçürülsə də hələlik özünə gələ bilməyib. Bununla yanaşı hazırda T. Məmmədova ilə yaxınlarının da görüşməyinə icazə verilmir. Görüşün yalnız xəstə ayılandan sonra baş tuta biləcəyi bildirilib.
ANS TV-nin Angioloji və Mikrocərrahiyyə Mərkəzində olan əməkdaşının verdiyi məlumata görə, o, xəstənin səhhəti ilə bağlı əməliyyatı həyata keçirən baş həkim Azər Şəmsəddinskidən məlumat almaq istəsə də, baş həkim qadının səhhəti ilə bağlı heç bir açıqlama verə bilməyəcəyini bildirib: "A. Şəmsəddinski məlumat verməməklə yanaşı bizi öz otağından qovdu və qapıları üzümüzə bağladı. Saat 11:15-də həkimlə yenidən əlaqə saxladıqda isə baş həkim işləmədiklərini, iş vaxtı olmadığını bildirdi. Əgər nahar fasiləsi olsaydı, həkimin bu sözləri anlaşılan idi. Lakin saat 11:15-də belə baş həkim tərəfindən belə bir fikrin səsləndirilməsi qaranlıq qalan məqamdır”, - deyə hadisə yerində olan müxbir Hürü Əliyeva bildirib.
Həkimi səhv edərək sağlam ayağı kəsən xəstəxana əməkdaşları jurnalistləri də asanlıqla otaqdan qova bilirlər.İki gün əvvəl Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Xəstənin nəvəsi Zaur Hüseynov bildirmişdi ki, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Məmmədova sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.
Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib.
Həmin gün açıqlama verən Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski bildirmişdi ki, məsələdən xəbərdardır və bu işə görə o, özü də şoka düşüb. Daha sonra açıqlama verən səhlənkar cərrah Valeh Kərimov 87 yaşlı qadının hər iki ayağının qanqrena olduğunu deyib. Onun sözlərinə görə, xəstənin vəziyyəti çox ağır idi. Həkim səhv etdiyini etiraf edib."Hər iki ayaq kəsilməli idi. Vəziyyəti daha pis olan sol ayaq amputasiya olunmalı idi, amma mən sağ ayağı əməliyyat etmişəm. Əməliyyat masası tərsinə quraşdırıldığı üçün mexaniki səhv baş verdi. Uşaqlarını da başa salmışam. Onsuz da iki-üç gün sonra həmin ayaq da kəsilməli idi. Sadəcə bunun geci-tezi var idi. Övladlarına dedim ki, əsas odur ki, ananız sağdır. Hadisədir də, başıma gəlib. Bu, hamının başına gələ bilər".
BAKU.WS
Oxşar xəbərlər
Həkimin səhvən ayağını kəsdiyi qadının digər ayağı da kəsildi (VİDEO)
"İki gün əvvəl iltihablı sol ayağı kəsilməli olduğu halda həkim səhvi ucbatından sağlam ayağı kəsilən 87 yaşlı Tərlan Məmmədova digər ayağı da amputasiya edilib...