Xəstənin ayağını səhv kəsən həkimlə bağlı cinayət işi başladı

Xəstənin ayağını səhv kəsən həkimlə bağlı cinayət işi başladı
Hadisə 1857

 

Baş Prokurorluq Bakıda xəstənin ayağını səhv kəsən həkimlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS verilən məlumata görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin "Xüsusiləşdirilmiş Angioloji  Mərkəz” ində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Araşdırma zamanı toplanmış materialda T. Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə yoxlamalar aparılır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

BAKU.WS

Son xəbərlər