Cavid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Cavid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Hadisə 1087

Cavid Hüseynovun cinayət işinin istintaqı yekunlaşıb. Bakı şəhər prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhər sakini Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi 22 dekabr 2015-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq 29 dekabr 2015-ci il tarixdə tamamlanıb. Tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək. Ziya Babayev BAKU.WS 

Oxşar xəbərlər

Cavid Hüseynovun məhkəməsi keçirildi

Cavid Hüseynovun məhkəməsi keçirildi

Bu gün Bakı Apelyasiya Məhkəməsində "Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz ed...

1716 Hadisə 17:30 31 avqust 2015

Son xəbərlər