Jurnalist Gülər Məmmədova dünyasını dəyişib

Jurnalist Gülər Məmmədova dünyasını dəyişib
Hadisə 6501

ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova dünyasını dəyişib. 

BAKU.WS məlumat verir ki, bu haqda Murad Hüseynov facebook hesabında məlumat verib:

"Gülüm soldu. Günəşim qürub etdi. Allah rəhmət eləsin. Haqqınızı Gülərimə halal edin. Dəfn sabah Qubada olacaq".

Qeyd edək ki, Gülər Məmmədova uzun müddətdir qan xərçəngindən əziyyət çəkirdi. O, Türkiyədə müalicə olunub Azərbaycana qayıtsa da, bir müddət sonra yenidən eyni xəstəliyə tutulmuşdu. Gülər Məmmədova bir daha Türkiyəyə qayıtmalı və ağır müalicələr qəbul etməli olmuşdu. Ailə müalicə üçün evlərini satmış və kirayəyə köçmüşdü. 

Gülər Məmmədovanın iki azyaşlı övladı (Osman və Ayan) qalıb. 

Allah rəhmət eləsin!

BAKU.WS

Oxşar xəbərlər

Prorektor vəfat etdi

Prorektor vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Fərhad Cəfərov vəfat edib. BAKU.WS-in "Qafqazinfo" saytına istinadən verdiyi məlumata görə, Fərhad Cəf...

1657 Hadisə 11:22 11 dekabr 2015

Son xəbərlər