SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Ədliyyə Nazirliyi Leonardo DiKaprio fondunun Malayziyanın "1Malaysia Development Bhd” (1MDB) adlı dövlət fondunun dələduzluq əməliyyatlarında iştirakından şübhələnir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da barəsində təhqiqat başlanıldığı "1MDB” tərəfindən Hollivud ulduzunun "Leonardo DiCaprio Foundation” (LDF) fondunun hesabına 3 milyard dollar köçürüldüyü məlum olduqdan sonra Ədliyyə Nazirliyi Los-Anceles dairə məhkəməsinə şikayət edib. 

Lakin aktyorun özü təhqiqatın hədəfində deyil. LDF qeyri-kommersiya təşkilatı olduğundan, qanuna görə, mədaxil və xərcləri barədə informasiya verməyə məcbur deyil.

Malayziya hökuməti isə öz növbəsində adı "1MDB” dövlət fondu ətrafında qalmaqala qarışan şəxslərlə bağlı araşdırma aparacağını vəd edib.

Xatırladaq ki, Leonardo DiKaprio kino sahəsində parlaq karyerasından əlavə, xeyriyyə fəaliyyəti ilə də məşhurdur. O, vəhşi təbiətin mühafizəsi ilə bağlı müxtəlif proqramlara dəfələrlə sponsorluq edib.

Aysel Şirinzadə
BAKU.WS