Salyanda 4 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb
Salyanda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Salyan rayonu Şorsulu kənd sakini 1963-cü il təvəlldlü Qasımov Nazim Həsənağa oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1988-ci il təvəllüdlü Dadaşov Razi Namus oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü Nazim Qasımov, sərnişinlər Salyan rayonu, Şorsulu kənd sakinləri 1982-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu, 2006-cı il təvəllüdlü Əhmədov Elnur Faiq oğlu, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu hadisə yerində ölüb.
2003-cü il təvəlldülü Hümmətov Əlifağa Elsevər oğlu və "Toyota Prado" markalı avtomobildə olan şərnişin Salyan rayonu, Alçalı kənd sakini 2015-ci il təvəllüdlü Dadaşzadə Namus Razi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan RMX-na daxil olublar.
Faktla bağlı Salyan rayon Polis Şöbəsidə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi
"Baku Medical Plaza"da qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirdikdən sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib. BAKU.WS qafqazinfo-ya is...