"Vital Hospital"da qalmaqal: Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib - Araşdırma başladı
Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir:
"Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb".
***11:25
"Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.
Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə klinikanın veb-saytına yerləşdirilən əlaqə nömrəsinə etdiyimiz zənglər cavabsız qalıb. Zəngə cavab verən əməkdaş - "bir saat sonra zəng edin", - söyləsə də, geri dönüş edildikdə zənglərə cavab verməyib.
Oxşar xəbərlər
Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ
Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə onların...