Xankəndi stadionunda təmir işlərinin ayın sonunadək başa çatdırılması planlaşdırılır
23
sen
2026
11:15
"Xankəndi" futbol komandası ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.
BAKU.WS xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.
Hazırda Xankəndi stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.
İşlər yekunlaşdıqdan sonra Xankəndi stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
Klubun şəhərdəki ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun müəyyənləşdiriləcək.
Oxşar xəbərlər
Kaşif Kozinoğlunun ölümü ilə bağlı yeni detallar açıqlandı
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 12 noyabr 2011-ci ildə həbsxanada baş verən şübhəli ölümü ilə əlaqədar aparılan...