Tramp İranla danışıqların bərpasında məna görmədiyini bildirib
ABŞ Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə İran rəsmiləri ilə danışıqların bərpasında məna görmür.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Donald Tramp Ağ Evdə livanlı həmkarı Cozef Aunla görüşündə bəyan edib.
"Onlar konstruktiv görüş keçirməyə hazır olana qədər biz bunda maraqlı deyilik", - Tramp qeyd edib.
O, həmçinin bildirib ki, Birləşmiş Ştatlar İranla qarşıdurmada uğur qazanıb, lakin münaqişəni dayandırmaq və yaxın vaxtlarda qüvvələrini çıxarmaq niyyətində deyil.
"Biz sabah geri çəkilmirik... bunun tam başa çatmasına hələ çox var", - ABŞ Prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Kristofer Nolanın "Odisseya"sı 1 milyard dollardan çox gəlir gətirdi
Rejissor Kristofer Nolanın "Odisseya" filmi dünya üzrə nümayişindən cəmi üç həftə sonra 1 milyard dollar gəlir əldə edib. BAKU.WS xəbər verir ki, ekran əsəri ha...